Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəbələ'' boksçuları Antalya toplanışında

''Qəbələ''  boksçuları Antalya toplanışında

Tarix: 31 Oktyabr 2019 17:52

“Qəbələ” İdman Klubunun boksçuları Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

Qol.az xəbər verir ki, klubun boks bölməsinin üzvləri iki həftədir qonşu ölkədə hazırlıq keçirlər.

Toplanışda 4 komandanın təmsilçiləri iştirak edir. “Qəbələ”nin 5 boksçusu - Rüfət Hüseynov (52 kq), Cavid Cələbiyev (63 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) toplanışa qatılıb. Boksçularımız Türkiyə yığması, həmçinin Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda şəhərlərinin idmançıları da birgə məşq edirlər. Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvü olan boksçular üçün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londondatəşkil olunacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
 


Etiketlər:  Qəbələ boksçuları Antalya toplanışında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ