Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda arpa satan şəxs İran vətəndaşına qarşı külli miqdarda dələduzluq etdi

Bakıda arpa satan şəxs İran vətəndaşına qarşı külli miqdarda dələduzluq etdi

Tarix: 31 Oktyabr 2019 18:24

Bakı. Samir Əli - Trend:

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 26, mənzil 185-də yaşayan, İran vətəndaşı Heidari Muhammad Reza Alı oğlu polisə müraciət edərək bildirib ki, ötən il dekabrın 15-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 1 saylı ünvanın qarşısında tanışı Elgün adlı şəxsə arpa almaq məqsədilə 58 min 600 dollar verib.

Amma həmin şəxs ona qarşı dələduzluq edib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda arpa satan şəxs İran vətəndaşına qarşı külli miqdarda dələduzluq etdi


RƏYLƏR