Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Özümü zədələnmiş ''əşya'' kimi hiss edirəm''

''Özümü zədələnmiş ''əşya'' kimi hiss edirəm''

Tarix: 8 Oktyabr 2023 21:30

Hollivud ulduzu Arnold Şvartseneqqer bədənini qorxunc adlandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə 76 yaşlı aktyor müsahibələrinin birində danışıb.

O, hazırda özünü zədələnmiş "əşya" kimi hiss etdiyini bildirib:

"Güzgü qarşısında bütün yaşlanma əlamətlərini görürəm. Əvvəllər sərt, sıx və həqiqətən güclü olan döş əzələlərimə baxıram. İndi onlar sadəcə sallanırlar".

Qeyd edək ki, Arnold Şvartseneqqer gənclik illərində futbolla məşğul olsa da, sonralar bodibildinqə üstünlük verib. O, 7 dəfə "Mister Olimpiya" titulunu qazanıb.

Milli.Az


Etiketlər:  Özümü zədələnmiş əşya kimi hiss edirəm


RƏYLƏR