Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailə dəhşət yaşadan şəxsin kimliyi bəlli oldu: Fələstinlilər onu niyə “Qonaq” adlandırır?

İsrailə dəhşət yaşadan şəxsin kimliyi bəlli oldu: Fələstinlilər onu niyə “Qonaq” adlandırır?

Tarix: 9 Oktyabr 2023 14:54

Britaniyanın "Financial Times" qəzeti HƏMAS-ın hərbi qanadının lideri İzzəddin əl-Qəssam briqadasının həyata keçirdiyi hücumların arxasında duran şəxslə bağlı diqqətçəkən məqalə dərc edib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, "Qonaq: İsrailə qarşı ölümcül hücumun arxasındakı memar" başlıqlı xəbərdə İzzəddin əl-Qəssam briqadalarının komandiri Məhəmməd əl-Deyfin İsrail kəşfiyyatına yaxalanmamaq üçün hər gecə fərqli bir fələstinlinin evində qaldığı bildirilib.

"Financial Times" Deyfin "Qonaq" ləqəbinin buradan gəldiyini vurğulayıb. İngilis qəzetinə danışan fələstinli professor Mkhaimar Abusada deyib: "Bu hücumdan əvvəl Deyf az qala müqəddəs bir insan idi və həm HƏMAS, həm də fələstinlilər ona hörmət edirdi".

Fələstinli professor son əməliyyatla "Qonağ"ın hörmətinin artacağını bildirib.

Fələstinli bir silahlı səs yazısında İsraili hədələyib. Mesajda bildirilib ki, Qəzza zolağına hakim olan HƏMAS-ın tələblərinə qulaq asmasalar, İsrail "ağır bir bədəl ödəyəcək".

Mesaj HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadalarının tutulmaz lideri Məhəmməd Deyfə aid olub. İsrailin ən çox axtarılan adamlarından biri olan Deyf 7 illik səssizliyini bu mesaj ilə pozub.

İsrailin ölüm siyahısında adı birinci olan Deyf hələ ələ keçməyib. Amerikanın "New York Times" qəzetinə danışan İsrail Ordusunun sözçüsü Hidai Zilberman deyib ki, əməliyyat boyu Məhəmməd Deyfi zərərsizləşdirməyə çalışıblar.


Etiketlər:  İsrailə dəhşət yaşadan şəxsin kimliyi bəlli oldu Fələstinlilər niyə Qonaq adlandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ