Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvana yeni mer seçildi

İrəvana yeni mer seçildi

Tarix: 10 Oktyabr 2023 11:44

İrəvanın yeni seçilən Ağsaqqallar Şurası (Bələdiyyə Şurası) şəhər meri vəzifəsinə hakim "Mülkü Müqavilə" Partiyasının namizədi Tiqran Avinyanı seçib.

Milli.Az report-a istinadən xəbər verir ki, toplantıya şuranın 37 üzvü qatılıb. Bu da mer seçkisi üçün yetərsayı təmin edib.

Məlumata görə, "Ana Ermənistan" Alyansı və Milli Tərəqqi Partiyası namizəd irəli sürməyib. Onlar Şuranın bu gün keçirilən iclasını da boykot ediblər.

Milli.Az


Etiketlər:  İrəvana yeni seçildi


RƏYLƏR