Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2023 21:12
İspaniyanın "Barselona" klubunun 207 milyon avro borcu var.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu məbləğin böyük hissəsi 2022-ci ilin yayında edilən transferlərdən qaynaqlanır.
Kataloniya təmsilçisinin qısamüddətli borcu 89 milyon avrodur. Həmin məbləğ cari mövsümün sonuna qədər ödənilməlidir. Uzunmüddətli borcun məbləği isə 118 milyon avroya bərabərdir.
"Barselona" ən çox Rafinya, Robert Levandovski, Ferran Torres və Jül Kundenin transferləri zamanı ziyana düşüb.
Həmçinin 2019-cu ildə Niderland təmsilçisi "Ayaks"dan alınan Frenki De Yonq üçün də bu il 16 milyon avro ödəniləcək.