Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 11:36
"ABŞ-nin İrəvanla Bakı arasında münasibətlərdə yeganə məqsədi Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin edilməsidir".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin nümayəndəsi Metyu Miller Rusiyanın XİN rəhbəri Sergey Lavrovun məqaləsində yer alan fikirləri şərh edərkən deyib.
Xatırladaq ki, S.Lavrov "BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin təminatıdır" adlı məqaləsində qeyd edib ki, Qarabağdakı rusiyalı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına töhfə verməyə hazırdır: "ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında münasibətlərə müdaxiləsi qeyri-sabitlik yaradır".