Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mirzoyanın imtinası təsdiqləyir: İrəvan Rusiyadan qopur

Mirzoyanın imtinası təsdiqləyir: İrəvan Rusiyadan qopur

Tarix: 11 Oktyabr 2023 17:52

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina etməsi Ermənistan hökumətinin Qərbə getmək qərarını nümayiş etdirdiyi daha bir antirusiya addımıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni analitik Sergey Melkonyan deyib.

Melkonyanın sözlərinə görə, Ermənistan açıq şəkildə göstərir ki, Rusiyadan institusional formada gedir:

"Bu addımlarla Ermənistan hazır olduğunu nümayiş etdirir və təkcə ikitərəfli münasibətlər səviyyəsindən deyil, həm də Rusiyanın yaratdığı çoxtərəfli platformalardan geri çəkilir. Hamı başa düşür ki, MDB öz fəaliyyətində institusional fəaliyyət göstərən struktur deyil".

Melkonyan qeyd edib ki, Ermənistanın Rusiyaya qarşı siyasətinə iki yanaşma var:

"Bir qanad iddia edir ki, Ermənistanın iqtisadi cəhətdən Rusiyaya bağlı olduğu üçün strateji vektoru dəyişmək mümkün deyil. KTMT-dən və ya MDB-dən çıxmaq məsələsi Ermənistanın gündəmində deyil, İrəvan de-yure bütün bu strukturların üzvü olaraq qalır və iqtisadi əlaqələr inkişaf edir.

İkinci qanad bildirir ki, faktiki vəziyyətə deyil, tendensiyalara diqqət yetirilməlidir. Tendensiya isə belədir: Ermənistan Roma Statutunu ratifikasiya edib, KTMT ilə bağlı müzakirələr başlayıb, paralel olaraq Qərb və Fransa ilə əməkdaşlıq edir. Ermənistan KTMT-nin müşahidə missiyasından imtina edərək AB-ni qəbul etdi, Fransa ilə müqavilələr imzaladı və s.

Görünən odur ki, Ermənistanın yürütdüyü bu "yel dəyirmanı" siyasəti yaxşı heç nə vəd etmir. Hökumətimizin dəqiq oriyentasiyası, onun sabit müttəfiqləri və düşmənləri yoxdur, müharibə zamanı hansı yolla və hansı istiqamətə gedəcəyini bilmir".

Milli.Az


Etiketlər:  Mirzoyanın imtinası təsdiqləyir İrəvan Rusiyadan qopur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ