Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq?

“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq?

Tarix: 11 Oktyabr 2023 20:18

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: "Yığmaya namizədlər arasında "Qarabağ"da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov "Neftçi" ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi".

Qeyd edək ki, yay fasiləsində Almaniyanın "Bayer 04" klubundan ayrılan Andrey Lunyov "Qarabağ"a azad agent kimi keçib.


Etiketlər:  Qarabağın qapıçısı Rusiya millisinə çağırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ