Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 22:28
"Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstanda keçiriləcək MDB sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "RİA Novosti"yə deyib.
"Biz səbəbləri bilirik, yəqin ki, bunu Paşinyanın özü də açıqlayacaq" - Uşakov bildirib.
Qeyd edək ki, oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Burada Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Prezidentləri iştirak edəcəklər. Paşinyan isə görüşdə iştirak etməyəcəyini bildirib.