Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın İsraildəki səfirliyindən MÜRACİƏT

Azərbaycanın İsraildəki səfirliyindən MÜRACİƏT

Tarix: 12 Oktyabr 2023 12:10

Azərbaycanın İsraildəki səfirliyi müraciət yayıb.

Müraciətin mətni ölkəmizin İsraildəki səfirlinin "X" platformasındakı hesabında dərc edilib.

"Azərbaycan Respublikasının vətəndaşlarının nəzərinə ! Israir Airlines tərəfindən 15 oktyabr, 17:45-də Təl-Əviv - Bakı istiqamətində olan uçuş üzrə biletlərin satışı elan edilmişdir. Biletlər https://israir.co.il saytı üzərindən əldə oluna bilər", - deyə qeyd edilib.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

Milli.Az


Etiketlər:  Azərbaycanın İsraildəki səfirliyindən MÜRACİƏT


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ