Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael Ağayev Braziliyaya çağırıldı

Rafael Ağayev Braziliyaya çağırıldı

Tarix: 12 Oktyabr 2023 12:14

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Braziliyaya dəvət olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, 38 yaşlı idmançı oktyabrın 15-də Ribeyrao-Preto şəhərindəki Albert Sabin məktəbində xüsusi məşq keçəcək.

Braziliyanın karate komandasının məşqçisi Rikardo Aqiar təcrübəli Ağayevin şəhərə səfəri ilə bağlı açıqlama verib: "Onun səviyyəsində bir idmançını gətirə bilmək böyük şərəfdir. Bu, Ribeyrao-Pretonun beynəlxalq tədbirlərə necə hazır olduğunu bir daha göstərir. Bu karateçinin gəlişi region idmançılarının peşəkar inkişafı baxımından unikal fürsətdir".

Milli.Az


Etiketlər:  Rafael Ağayev Braziliyaya çağırıldı


RƏYLƏR