Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 16:40
Aparıcı Zaur Nəbioğlu böyrəyini atasına verdiyini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, bu haqda aparıcılıq etdiyi "Rəngarəng səhər" verilişində danışıb. Atasının ağır xəstə olduğunu deyən Zaur bunları əlavə edib:
"Öz böyrəyimi atama vermək üçün müraciət etdim. O, razı olmurdu, "yox" deyirdi. Əməliyyat olunandan sonra bildi. Əməliyyata görə 6 ay efirdən uzaq qaldım. Allah bütün valideynlərin canını sağ etsin".