Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Canni De Byazi: "Sabah çox ağıllı oynamalıyıq"

Canni De Byazi:

Tarix: 12 Oktyabr 2023 20:24

"Sabah çox ağıllı oynamalıyıq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Estoniya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bu rəqiblə Bakıdakı görüşün birinci hissəsində yaxşı çıxış etmədiklərini bildirib: "Amma ikinci yarıda tamam fərqli idik. Bu il 13 matç keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin qarşılaşmalarda böyükhesablı məğlubiyyət bizim üçün dərs oldu. Sabah ilk oyunun ikinci hissəsindəki kimi oynamalıyıq. Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və heç-heçə etmək istədiyini demir".

İtaliyalı baş məşqçi zədəli Bədavi Hüseynov və Bəhlul Mustafazadənin vacib futbolçular olduğunu vurğulayıb: "Bundan əlavə, kimisə milliyə çağırmıramsa, deməli səbəblər var. Əgər burada oynamaq istəyiriksə, bunun üçün hər şeyi etməliyik".

Qeyd edək ki, oktyabrın 13-də Tallində reallaşacaq Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Canni De Byazi Sabah çox ağıllı oynamalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ