Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 16:40
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 10 oktyabrda verdiyi elan sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Sonxeber.net bildirir ki, sözügedən elan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələri ilə bağlıdır.
Elanda diqqəti cəlb edən bir sıra müsbət məqamlar var. Bunlar layihə üçün ayrılmış xeyli vaxt imkanı, mövzuların çoxluğu, layihələrin icrasına ayrılan vəsaitin məbləği və digər nüanslardır.
3 gün əvvəl verilmiş bu elan QHT sektorunda sanki pozitiv dalğa yaradıb. Belə ki, müsabiqəni sosial şəbəkə hesablarında paylaşan şəxslər arasında heç təşkilatı olmayanlar belə var. "Təşkilatımın olmamasına üzüldüm, gərək tezliklə təsis edəm", - tanınmış jurnalist Dilqəm Əhməd sosial şəbəkə hesabında qeyd edib.
Müsabiqədə Qarabağ, Şərqi Zəngəzur, İrəvan, eləcə də sülh quruculuğu, sağlam və təhlükəsiz həyat və s. kimi geniş mövzular var. Bu mövzular Azərbaycan cəmiyyətinin qarşısında duran aktual problemlər, inkişaf məqsədləri ilə sıx bağlıdır. Yəni, yalnız cəmiyyətin cari ehtiyaclarına cavab vermir, həmçinin uzunmüddətli davamlı inkişaf məqsədlərinə uyğundur.
Bu müsabiqə QHT-lərin ən yaxşı ideya və təşəbbüslərini irəli sürə biləcəyi mühiti gücləndirir. Elan QHT sektorunun böyüməsi və inkişafında yeni mərhələnin başlandığını, keyfiyyət dəyişikliklərinin prioritet seçildiyini nümayiş etdirir. Qrant imkanlarında bu cür çeviklik QHT-lərin müxtəlif ehtiyaclarını və həyata keçirdikləri layihələri dəstəkləyəcək əhəmiyyətli bir yenilikdir.
Qeyd edək ki, Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:• Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək); Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək); Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək) nəzərdə tutulub.