Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 21:54
Stress beyin hüceyrələrinə çox mənfi təsir edir, beyinin daha tez qocalmasına səbəb olur.
Alimlərin müşahidələrinə görə, bəzi adi qida məhsullari beyini stressin dağıdıcı təsirindən qorumağa kömək edir.
Sonxeber.net saglamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir:
1. Sidr qozu
Sidr qozu Omeqa-6 yağlı turşularla zəngindir. Bu turşular beyində gedən qocalma proseslərini ləngidir.
Bundan əlavə sidr qozunun tərkibində E vitamini kimi güclü antioksidant və psixikanı streslərdən qoruyan maqnezium var.
2. Çuğundur
Çuğundurun tərkbində olan maddələr beyinin qan dövranını yaxşılaşdırır.
Həmçinin bu ucuz tərəvəzin tərkibində betanin var. Betanin Alsheymer xəstəliyinə səbəb olan zülali maddələrin beyində toplanması prosesini ləngidir.
3. Nar
Antioksidant maddələri ilə zəngin olan nar beyində iltihabın riskini azaldır, yaddaşı yaxşılaşdırır.
4. Sarıkök
Təbii antidepressant sayılan sarıkök əhvalı yaxşılaşdırır və həyacanı azaldır. Sarıkökün əsas təsiredici maddəsi "kurkumin" beyində yeni hüceyrələrin əmələ gəlməsi proseslərini aktivləşdirir, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır.
5. Kişmiş
Borla zəngin olan kişmiş yaddaşı möhkəmləndirir.
Həmçinin kişmiş kaliumla da zəngindir. Kalium sinir hüceyrələrinin tonusda qalması və şüurun aydın olması üçün çox vacibdir.