Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2023 22:56
Fransada Rusiya vətəndaşı olan çeçen məktəbə hücum edib.
Sonxeber.net Sfera.az-a istinadən bildirir ki, hücum nəticəsində ədəbiyyat müəllimi həlak olub, bədən tərbiyəsi müəllimi və mühafizəçi isə bıçaqlanıb. Məktəblilər arasında xəsarət alan olmayıb.
20 yaşlı gənc məktəbə "Allahu əkbər" qışqıraraq hücum edib.
Hadisə bu gün Bakı vaxtı ilə 12 radələrində Fransanın Arras şəhərindəki Qambetta liseyində baş verib.
Fransa telekanalları, cinayətin ehtimal olunan səbəbkarının Rusiya əsilli 20 yaşlı çeçen olduğunu bildirir.
BFM-TV-nin məlumatına görə, şübhəli şəxs məktəbin keçmiş şagirdi olub. Terrorçu saxlanılıb. Polisin bildirdiyinə görə, hücum edən şəxsin milli hüquq-mühafizə orqanları tərəfindən də müşahidə altında olduğu bilinir.
Bundan əlavə, hücum edən şəxsin kiçik qardaşı başqa bir məktəbin yaxınlığında saxlanılıb.
Fransa prezidenti Emmanuel Makron cümə günü məktəbə baş çəkəcək.
Fransa Milli Assambleyası qurbanlarla həmrəylik əlaməti olaraq iclasını dayandırıb.
Milli Terrorla Mübarizə Prokurorluğu "terror təşkilatı ilə əlaqəli adam öldürmə", "terror təşkilatı ilə əlaqəli adam öldürməyə cəhd" və "xalqa qarşı cinayət hazırlamaq məqsədilə terrorçu cinayətkarlarla birləşmə" maddələri ilə istintaq açıb.