Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2023 20:21
Vaşinqton universitetinin alimləri diş əti, damaq qanaması ilə orqanizmdə C vitaminin defisiti arasında əlaqə tapıblar.
Sonxeber.net xəbər verir ki, stomatoloq həkimlər dişləri yuyarkən fırçaya qan çıxmasının bir səbəbi parodontoz və gingivitin başlanğıcı ola bilər.
Bu adamlar orqanizmdə vitamin defisitini yoxlamalıdır.
Xüsusən C vitamini çatışmaması diş ətində qanama yaradır.
Alimlər 8000 insanı müşahidə edərək, damağında qanama olan insanlara sutkalıq C vitamini dozası verdikdən sonra qanamanın dayandığını qeyd ediblər.
Bu adamlar rasiona kivi, limon, kələm, bolqar bibəri, kök, giləmeyvələr daxil etməlidir. /medicina.az