Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qərblə Rusiya arasında müharibə tamamilə fərqli olacaq” - Putin

“Qərblə Rusiya arasında müharibə tamamilə fərqli olacaq” -  Putin

Tarix: 15 Oktyabr 2023 20:09

"Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacaq".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" "Rossiya-1" telekanalında deyib.

Belə ki, o, jurnalistin xahişi ilə ABŞ Konqresinin komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edib.

"Biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq", - o bildirib.

O əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir: "Biz hamımız müharibəyə hazırlaşırıq, çünki məlum qədim prinsipə əməl edirik: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Amma güman edirik ki, biz sülh istəyirik".

Milli.Az


Etiketlər:  Qərblə Rusiya arasında müharibə tamamilə fərqli olacaq Putin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ