Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə bu ölkədə PUA istehsal edəcək

Türkiyə bu ölkədə PUA istehsal edəcək

Tarix: 15 Oktyabr 2023 21:40

Türkiyənin "Anka" pilotsuz təyyarələrinin Qazaxıstanda istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Turkish Aerospace" şirkətinin nümayəndəsi Erol Oğuz məlumat verib.

Onun sözlərinə görə, hazırda investisiyaların həcmi ilə bağlı məsələ üzərində iş aparılır.

Oğuz vurğulayıb ki, onların məqsədi təkcə Qazaxıstanda pilotsuz uçuş aparatlarının istehsalını qurmaq deyil, həm də bilikləri qazaxıstanlı mütəxəssislərə ötürməkdir.

Nəşr xatırladır ki, Türkiyənin "Anka" PUA-larının Qazaxıstanda istehsalının təşkili ilə bağlı müzakirələr bir neçə ildir ki, davam edir.

Qeyd edək ki, 10 may 2022-ci il tarixində Ankarada "NC Kazakhstan Engineering" ASC ilə "Turkish Aerospace" arasında memorandum imzalanıb.

Sənədə əsasən, Qazaxıstanda "Kazakhstan Engineering" törəmə şirkətinin bazasında "Anka" pilotsuz uçuş aparatları üçün montaj və texniki xidmət xətti təşkil ediləcək.

Milli.Az


Etiketlər:  Türkiyə ölkədə istehsal edəcək


RƏYLƏR