Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 13:58
"ABŞ-nin hazırkı siyasəti müstəmləkəçilik siyasətinin təzahürüdür".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib.
O bildirib ki, Qərbin tətbiq etmək istədiyi qaydalar cəfəngiyyatdır: "Çünki kimsə bunlarla razılaşmayıb".
V.Putin vurğulayıb ki, Ukraynanın bloklara qoşulmaması Rusiya üçün son dərəcə vacibdir: "Bəzi ölkələrin təhlükəsizliyini digərlərinin təhlükəsizliyini pozmaqla qurmaq olmaz".
Rusiya Prezidenti söyləyib ki, ölkəsi Ukrayna ilə müharibənin sülh yolu ilə başa çatmasına heç vaxt etiraz etməyib: "Lakin Kiyev buna hazır olduğunu bəyan etməlidir".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.