Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçunun 4 yaşlı oğlu vəfat etdi - FOTO

Məşhur futbolçunun 4 yaşlı oğlu vəfat etdi - FOTO

Tarix: 16 Oktyabr 2023 14:42

Ötən ay yol qəzası keçirən "Antalyaspor"un futbolçusu Naldonun oğlu Davi həyat mübarizəsini itirib.

Milli.Az Türkiyə mətbuatına əsasən xəbər verir ki, ötən ay yol qəzası keçirən Naldonun oğlu Davi dünyasını dəyişib. "Antalyaspor" açıqlamasında reanimasiyada müalicə olunan 4 yaşlı Davinin həyat mübarizəsini itirdiyini açıqlayıb.

Antalyaspor-dan verilən açıqlamada, "Səni unutmayacağıq Davi" ! Ötən ay qəza keçirən futbolçumuz Naldo Pereyranın oğlu Davinin vəfat etməsi xəbərini aldıq: "Bunu dərin hüznlə öyrəndik. Allah balaca Daviyə rəhmət eləsin, başsağlığı veririk" ifadələrdən istifadə edilmişdir.

Xatırladaq ki, sentyabrın 7-də Konyaaltı səmtinin Uncalı məhəlləsində baş verən yol qəzasında Naldonun qayınatası Valter Tilattinin idarə etdiyi avtomobil idarə olunmayan yol ayrıcında başqa bir avtomobillə toqquşub.

Nərmin
Milli.Az


Etiketlər:  Məşhur futbolçunun yaşlı oğlu vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ