Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 18:04
İspaniyanın "Kordoba" klubunun 18 yaşlı futbolçusu Alvaro Prietonun cansız bədəni aşkarlanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə yerli AS nəşri məlumat yayıb.
Cəsəd Sevilya şəhərinin Santa-Xusta stansiyasında, körpünün altındakı iki vaqon arasında tapılıb.
Qeyd edək ki, gənc oyunçu bir neçə gün əvvəl itkin düşmüşdü.
Ehtimal olunur ki, gənc futbolşunu elektrik cərəyanı vurub.
Meyitin tapıldığı ərazidə elektrik cərəyanının 3000 volta qədər olduğu bildirilir.