Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 01:30
"Atamı itirdim. Bu mənim üçün gözlənilməz zərbə idi. Ona görə mən kənara çəkildim. İndi heç nə mənim üçün maraqlı deyil. Heç bir şeyin mənim üçün önəmi yoxdur artıq".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "Maqazin plyus" verilişinə müsahibəsində deyib.
Sənətçi valideyninin qəfil vəfatından bir müddət sonra bir neçə qohumunu da itirdiyini açıqlayıb:
"Bu itkilər tək atamla bitmədi. Atamı itirəndən sonra bir həftə sonra bibimi itirdim, bu yaxınlarda isə əmim qızını itirdim. İnsan bir az başqa cür artıq düşünür və həyata başqa cür baxır. Bəzi iddialı olan şeylər hansıları ki, istəyirsən, artıq boş görünür, önəmi yoxdur. İnsan yalnız xoşbəxt və yaxşılıqlarla yaşamalıdır ki, insanların qəlbində yaxşı insan kimi qalsın. Atamı itirəndən sonra hara gedirdimsə üzümə qapılar taybatay açılır. Atamın xətrini çoxsayda insanlar istəyirdi".
İlhamə atasının itkisi ilə barışa bilmədiyini dilə gətirib:
"Ata itkisi dəhşətli bir hissdir. İnsanın dayağı gedir. Atamla çox yaxın idim. Hər bir işimi onunla paylaşırdım. Əgər bir işim yaxşı alınırdısa sevinərək atama zəng vurub onunla bölüşürdüm. O da mənə "əhsən, balam" deyib, dəstəkləyirdi. O sözləri artıq eşitməyəcəyəm (ağlayır). Evimizin dirəyi və dayağı idi. Evimizin hər bir işinin öhdəsindən o gəlirdi. Biz sonradan anladıq ki, o tək canı ilə nə qədər işlərin öhdəsindən gəlib ki, hansı ki, biz bir yerdə əlləşsək də o işin öhdəsindən gələ bilmərik".
Qasımova yaşadığı bu itkidən saçlarının ağardığını söyləyib:
"Heç bir şeydən təsəlli almıram. Heç baxmaq da istəmirəm, çünki mənə pis təsir edir. Hazırda ümumiyyətlə evdən çölə çıxmıram. Evdə boş vaxtım olanda filmləri izləyirəm. Heç bir şey haqda düşünməyim və heç kimi də xatırlamayım. Bunları sözlə izah etmək olmaz. Uzun müddətdir saçıma rəng, boya qoymuram. Saçlarım ağarıb".