Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brüsseldə azarkeşlərin öldürülməsinin təfərrüatı məlum oldu

Brüsseldə azarkeşlərin öldürülməsinin təfərrüatı məlum oldu

Tarix: 17 Oktyabr 2023 07:22

Belçikanın paytaxtı Brüsseldə futbol azarkeşlərinə hücumu 45 yaşlı L. Abdesalemin təşkil etdiyi bildirilir.

Sonxeber.net report-a istinadla xəbər verir ki, bu barədə Belçikanın "Sudinfo" nəşri məlumat yayıb.

Onun Belçika xüsusi xidmət orqanları tərəfindən radikal fikirlərinə görə tanındığı iddia edilir.

Məlumata görə, şübhəlinin Brüsselin Skarbek kommunasında yaşadığı evdə polis tərəfindən axtarış aparılıb. Lakin o, hələ də azadlıqdadır və hüquq-mühafizə orqanları şübhəli şəxsi fəal şəkildə axtarır.

Bu şəxs radikal fikirlərinə görə kəşfiyyat orqanlarına tanınıb, lakin onun kimliyi ilə bağlı hələ rəsmi məlumat daxil olmayıb.

Hücumdan sonra Belçikanın Baş naziri Aleksandr de Kroo Brüssel sakinlərini sayıq olmağa çağırıb, çünki hücum edən şəxs qaça bilib. Böhran mərkəzi həmçinin paytaxt sakinlərinə lazım olana qədər çölə çıxmağı məhdudlaşdırmağı tövsiyə edib.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen hadisədə həlak olanların ailələrinə başsağlığı verib.

Belçika hakimiyyəti hücumdan sonra terror təhlükəsi səviyyəsini maksimum həddə qaldırıb.

Xatırladaq ki, Brüsseldə "Slayem Slouma" təxəllüsü ilə şəxs İsveç millisinin iki azarkeşini güllələyib. Hadisə ilə əlaqədar şəhərdə dördüncü, ən yüksək təhlükə səviyyəsi tətbiq edilib.

Qarşılaşmanın birinci hissəsi 1:1 hesabı ilə başa çatıb. Hər iki yığmanın oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər.


Etiketlər:  Brüsseldə azarkeşlərin öldürülməsinin təfərrüatı məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ