Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Rusiyanın qətnamə layihəsini qəbul etmədi

BMT Rusiyanın qətnamə layihəsini qəbul etmədi

Tarix: 17 Oktyabr 2023 09:20

BMT Təhlükəsizlik Şurası Rusiyanın İsrail-Fələstin münaqişəsinə dair qətnamə layihəsini qəbul etməyib.

Təhlükəsizlik Şurasında sözügedən layihəyə Rusiya, Çin, BƏƏ, Qabon və Mozambik səs versə də, ABŞ, İngiltərə, Fransa və Yaponiya sənədin əleyhinə olub.
Bitərəf qalanlar: Albaniya, Braziliya, Qana, Malta, İsveçrə, Ekvador.

Sonxeber.net xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, Rusiya öz layihəsində tərəfləri dərhal atəşkəsə, girovların azad edilməsinə və Qəzza zolağına humanitar yardımın göndərilməsinə çağırmağı, habelə mülki şəxslərə qarşı zorakılığı və istənilən terror aktını pisləməyi təklif edib. Lakin mətndə HƏMAS hərəkatı birbaşa qeyd olunmayıb.


Etiketlər:  Rusiyanın qətnamə layihəsini qəbul etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ