Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə Rusiya ilə sərhəddə hasar TİKƏCƏK

Bu ölkə Rusiya ilə sərhəddə hasar TİKƏCƏK

Tarix: 17 Oktyabr 2023 15:14

Finlandiya 2024-cü ilin qışında Rusiya ilə sərhəddə hasarın tikintisinə başlayacaq.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiya Sərhəd Mühafizəsi yayıb.

Finlandiya hökuməti 2023-cü ildə hasarın tikintisi üçün 139 milyon avro ayırıb. Sərhədçilərin fikrincə, bu məbləğ təxminən 70 kilometr uzunluğunda səddin tikintisinə kifayət edəcək.

Bunun 52 kilometri sərnişin axını baxımından ən populyar sərhəd-keçid məntəqələrinin yerləşdiyi Finlandiyanın cənub-şərqində, səkkiz kilometri Şimali Kareliyada, beş kilometri isə Kainuu və Laplandiyada yerləşəcək.

Səlahiyyətlilər hələlik konkret tikinti sahələrinin adını çəkməyib. Bildirilib ki, torpaq mülkiyyətçiləri noyabr ayında əlavə bildirişlər alacaqlar.

Milli.Az


Etiketlər:  Bu ölkə Rusiya ilə sərhəddə hasar TİKƏCƏK


RƏYLƏR