Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda 500 mindən çox yeniyetmə məktəbi tərk edir - FOTO

İranda 500 mindən çox yeniyetmə məktəbi tərk edir - FOTO

Tarix: 17 Oktyabr 2023 16:54

 İranda yoxsulluğun fəsadları: 500 mindən çox yeniyetmə məktəbi tərk edir.

Milli.Az "Azad İran" telegram kanalına istinadən xəbər verir ki, İranın Statistika Mərkəzi ən azı 556 min 600 iranlı yeniyetmənin yoxsulluq və məhrumiyyətlər səbəbilə orta məktəbdə təhsildən uzaq qalmaq məcburiyyətində qaldığını açıqlayıb. 

Sözügedən mərkəzin dərc etdiyi İranın sosial və mədəni vəziyyəti haqqında hesabata görə, son iki tədris ili ərzində 15-17 yaş aralığında olan 556 mindən çox məktəblidən 295 min oğlan, 261 min qız isə təhsilini yarımçıq qoyub. 

Milli.Az


Etiketlər:  İranda mindən çox yeniyetmə məktəbi tərk edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ