Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Toppuş bacı"nın qızı ilk qonorarını ondan aldı - VİDEO

Tarix: 17 Oktyabr 2023 18:05

O qədər yeri görünür ki, hərdən az qala harda olduğunu soruşmaq istəyirsən, niyə gəlməyib... Amma bu gün onun yadigarı, ciyər parası Zəhra yanımızdadır, anasının yolunu davam etdirir, həm də çox istedadlı qızdır. O, böyüyüb öz adından bəhs etdirəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva ötən gün ARB kanalında Xoşqədəm Hidayətqızının "Günaydın Azərbaycan" verilişində qonaq olarkən "Toppuş bacı" ləqəbi ilə tanınan mərhum aktrisa Tünzalə Əliyeva haqqında deyib.

Sənətçi bildirib ki, Zəhranın böyük və parlaq gələcəyi olan aktrisa olmaq şansı yüksəkdir.

Verilişdə məlum olub ki, Zəhra Əliyeva ilk qonoranını Dilarə Əliyevadan alıb.

Milli.Az


Etiketlər:  Toppuş bacının qızı ilk qonorarını ondan aldı VİDEO


RƏYLƏR