Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 20:32
Rusiyanın Bryansk Vilayət Məhkəməsi arvadın təcavüz edən şəxsi beyzbol zopası ilə döyən 47 yaşlı yerli sakini 2,5 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə regionun ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, saxlanılan şəxs Dyatkovo rayonunu ərazisində küçə ilə hərəkət edirmiş. Orada əvvəllər arvadına təcavüz edərək zorlayan şəxslə qarşılaşıb. O, buna dözə bilməyib, maşından düşüb və həmin şəxsin ayağından vurub. Daha sonra o, beyzbol zopası ilə qurbanın kürəyinə, yumruqla üzünə vurmağa davam edib.
Məlumata görə, hücuma məruz qalan şəxsin qabırğası sınıb və dalağı zədələnib.
Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin "h" bəndi ("Silah qismində istifadə edilən əşyadan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurma") ilə təqsirli bilinib.
O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.