Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 22:48
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində öldürülüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Jewish Press.com" saytı məlumat yayıb.
Bildirilib ki, Hazem İsmayıl Haniyənin Qəzzada İsrail ordusunun hücumları zamanı öldürüldüyü barədə məlumat dəqiqləşdirilir.
Digər məlumata görə, kiçik Haniyəyə 2022-ci ilin iyul ayında həyat yoldaşı və iki uşağı ilə birlikdə Türkiyədəki digər ailə üzvlərinə qoşulmaq üçün Rəfah keçidi vasitəsilə Qəzzanı tərk etməyə icazə verilib. Lakin o vaxtdan bəri HƏMAS liderinin oğlu anklava gəliş-gediş edib.