Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elon Musk sevgilisinə görə studiyanı yandırmaqla hədələdi

Elon Musk sevgilisinə görə studiyanı yandırmaqla hədələdi

Tarix: 18 Oktyabr 2023 19:00

37 yaşlı amerikalı aktrisa Ember Herdin iki il evli olduğu Conni Depplə boşanma və məhkəmə prosesini bütün dünya maraqla izlədi. Keçmiş həyat yoldaşına məhkəmə prosesində uduzan aktrisanın bu hadisədən sonra karyerası da "laxlamağa" başladı və işləri dayandı.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, məşhura son zərbə "Akvamen" filminin prodüserlərindən gəlib. Belə ki, 2018-ci ildə çəkilən filmdə baş rolu canlandıran kino ulduzunun "Aquaman and the Lost Kingdom" filmində rolunun azaldıldığı məlum olub.

Bu yaxınlarda "Variety Tuesday" nəşrinin yayımladığı açıqlamada məlum olub ki, Herdlə "Akvamen" filmindəki həmkarı Ceyson Momoa arasında problemləri olub. İddiaya görə, 44 yaşlı Momoa çəkiliş meydançasına sərxoş gəlib və onu filmdən kənarlaşdırmağa çalışıb. Terapevtlə söhbətləri üzə çıxan Herd bildirib ki, Momoa keçmiş əri Depp kimi geyinərək onu narahat edib.

"DC Studios"dan verilən açıqlamada aktrisa ilə bağlı iddialar təkzib olunub və bildirib ki, Ceyson Momoa "Aquaman and the Lost Kingdom" filminin çəkilişlərində hər zaman bir peşəkar kimi davranıb.

Xatırladaq ki, bu yaxınlarda Herdin "Akvamen 2" filminin heyətindən uzaqlaşdırılacağı ilə bağlı şayiələr yayılmışdı, lakin onun Deppdən ayrıldıqdan sonra görüşməyə başladığı milyarder İlon Maskın sayəsində filmdəki yerini qoruduğu deyilir.

İddiaya görə, Mask "Warner Bros"a hədələyici məktub göndərib və qeyd edib ki, Herd filmdən uzaqlaşdırılarsa, studiyanı yandıracaq. Lakin Mask, Herd, "Warner Bros." və "DC Studios"un nümayəndələri bu barədə şərh verməkdən imtina ediblər.

Milli.Az


Etiketlər:  Elon Musk sevgilisinə görə studiyanı yandırmaqla hədələdi


RƏYLƏR