Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada xəstəxana yerdən partladılıb - ABŞ

Qəzzada xəstəxana yerdən partladılıb - ABŞ

Tarix: 19 Oktyabr 2023 00:06

ABŞ kəşfiyyatının topladığı məlumatlar arasında bunun hava hücumu deyil, yerüstü partlayış olduğunu göstərən proqnoz var.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə CNN mənbələrə istinadən məlumat dərc edib.

Məlumatda qeyd olunur ki, ABŞ Qəzza zolağında xəstəxanaya hücumun havadan həyata keçirilmədiyini düşünür.

"Yer səviyyəsində başlayan partlayışla uyğun gələn geniş yanğın və dağılmış dağıntılar olub", - mənbələr qeyd edib.

Eyni zamanda, mənbələrdən biri bildirib ki, ərazidə aviabomba istifadəsini göstərən heç bir krater olmayıb.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Co Bayden bildirib ki, Qəzza zolağında Əl-Əhli xəstəxanasına endirilən zərbə ilə bağlı Pentaqonun verdiyi məlumatlar İsrailin insidentdə iştirak etmədiyini göstərir.


Etiketlər:  Qəzzada xəstəxana yerdən partladılıb ABŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ