Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT Qəzzada xəstəxanaya hücumla bağlı araşdırma aparacaq

BMT Qəzzada xəstəxanaya hücumla bağlı araşdırma aparacaq

Tarix: 19 Oktyabr 2023 00:24

BMT Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu CNN-ə açıqlamasında Ümumdünya Humanitar Məsələlər Təşkilatının baş katibinin müavini Martin Qriffits deyib.

"BMT şübhəsiz ki, öz təhqiqatını aparacaq. Və bu, çox tez aparılmalıdır", - M.Qriffits bildirib.

Səfir, həmçinin əlavə edib ki, beynəlxalq humanitar hüquq mülki obyektlərə qarşı hava hücumlarını qadağan edir.

Milli.Az


Etiketlər:  BMT Qəzzada xəstəxanaya hücumla bağlı araşdırma aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ