Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messinin muzeyi açılacaq

Messinin muzeyi açılacaq

Tarix: 19 Oktyabr 2023 11:40

Argentina yığmasının ulduzu Lionel Messinin interaktiv muzeyi açılacaq.

Milli.Az lent.az-a istinadən bildirir ki, Mayami şəhərində baş tutacaq muzey gələn il aprelin 25-nə planlaşdırılıb.

"The Messi Experience Park" adalanan muzeydə Messinin keçdiyi həyat yolu nümayiş olunacaq. Azarkeşlər Leonun Rosariodakı uşaqlıq illəri, karyerasında inkişaf mərhələsini izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Messi verdiyi açıqlamada layihə nəticəsində azarkeşlərin onun meydanda və ondan kənardakı həyatını hiss edəcəklərini bildirib. 

Milli.Az


Etiketlər:  Messinin muzeyi açılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ