Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran indi də İrəvana ''qırmızı xətti''ni göstərdi

İran indi də İrəvana ''qırmızı xətti''ni göstərdi

Tarix: 19 Oktyabr 2023 18:42

Araz çayının çirklənməsi ilə bağlı Ermənistana və mədən şirkətinə bildiriş təqdim edib.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Pars Today" məlumat yayıb. İranın Su Ehtiyatlarının İdarə Edilməsi Şirkətinin yüksək vəzifəli məsullarından İsa Bozorgzadə "İlna" xəbər agentliyinə müsahibəsində Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsi ilə bağlı məsələyə toxunaraq deyib:

"Araz çayının suyunun keyfiyyəti və çirklənməsi İranın Energetika Nazirliyinin "qırmızı xətt"idir. Keyfiyyəti yoxlamaq üçün birgə işçi qruplarımız var və çirklənmə ilə bağlı bildirişlər Ermənistan tərəfinə və mədən şirkətinə göndərilib".

O əlavə dib ki, monitorinq İranın Enerji Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən həyata keçirilir. Bundan əlavə, Təbriz Universitetində də əlavə tədqiqatlar aparılır.

"Biz suyun keyfiyyətinin vətəndaşlarımızın sağlamlığına təhlükə törətməməsini izləyirik", - Bozorgzadə bildirib.


Etiketlər:  İran indi İrəvana qırmızı xəttini göstərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ