Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TBMM-in nümayəndə heyəti Şuşaya səfər etdi - FOTO

TBMM-in nümayəndə heyəti Şuşaya səfər etdi - FOTO

Tarix: 19 Oktyabr 2023 20:15

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa şəhərində olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şuşada qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Sonra TBMM-in nümayəndə heyəti Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.

Qonaqlar Saatlı və Yuxarı Gövhər Ağa məscidlərində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr ediblər. Cıdır düzündə qonaqlara məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Milli.Az


Etiketlər:  TBMM in nümayəndə heyəti Şuşaya səfər etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ