Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vatsapda çoxdan gözlənilən funksiya - FOTO

Vatsapda çoxdan gözlənilən funksiya - FOTO

Tarix: 19 Oktyabr 2023 20:48

Vatsap növbəti funksiyasını təqdim edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Meta" şirkətindən bildirilib ki, istifadəçilər artıq bir cihazda eyni anda iki vatsap hesabına daxil ola bilərlər. 

Bunun üçün isə hər dəfə sistemdən çıxmalı və ya özünüzlə iki telefon gəzdirməli deyilsiniz. 

Messencerə daha bir telefon nömrəsinin daxil edilməsi üçün isə cihaz ikinci SİM kartı və ya eSIM-i dəstəkləməlidir.

İstifadəçilər hesab üçün məxfilik və bildiriş parametrlərinə də nəzarət edə biləcəklər.

Sözügedən funksiya tezliklə hamı üçün əlçatan olacaq.

Milli.Az


Etiketlər:  Vatsapda çoxdan gözlənilən funksiya FOTO


RƏYLƏR