Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nura yerli kanalları və serialları tənqid etdi: "Bərbaddır"

Nura yerli kanalları və serialları tənqid etdi:

Tarix: 19 Oktyabr 2023 21:55

Müğənni Nura Suri yerli kanalları və serialları tənqid edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. O, ölkəmizdə çəkilən serialların heç bir məna kəsb etmədiyini bildirib: 

"Bizdə çəkilən seriallar bərbaddır. Heç bir mesaj ötürmürlər. Yazılan ssenarilər heç bir məna kəsb etmir. 

Məncə Emil Quliyevdən başqa heç kəs serial çəkməsin. Bu günün ən yaxşı rejissorlarından biri, hətta birincisidir.

Ən səviyyəli serial və verilişlər İTV-dədir.

Türklərin "Kırmızı oda", "İstanbullu gəlin", "Çukur", "Möhtəşəm yüz il" kimi seriallarına baxın. Milli mətbəxdən, tarixdən, ailə dəyərlərindən tutmuş musiqilərinə kimi təbliğat aparırlar. Biz niyə edə bilmirik? Niyə?".

Milli.Az


Etiketlər:  Nura yerli kanalları serialları tənqid etdi Bərbaddır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ