Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2023 09:45
Türkiyədə Qəzzada həyatını itirən insanlara görə üçgünlük matəm elan edilməsinə müğənni Zeynep Bastık etiraz edib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, məşhur müğənni bu qərarın minlərlə insanın çörək qazana bilməməsinə səbəb olacağını bildirib: "Bir qarar veriləcəksə buna hörmət etməyə borcluyuq. Amma nəyə görə kimlərinsə acısını paylaşmaq minlərcə insanın işinin dayanması və sənətini icra edə bilməməsi anlamına gəlməlidir? Bunu anlamaq istəyirəm, anlaya bilmirəm".
Zeynep Bastık yaşananlara görə çox üzgün olduğunu da bildirib.