Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəbnəm Tovuzlu: “İkinci qayınanamla danışmıram”

Şəbnəm Tovuzlu: “İkinci qayınanamla danışmıram”

Tarix: 20 Oktyabr 2023 09:55

"Qızım Günelin atasının anası, yəni qayınanam Tairə xanım, hər şeyi ondan öyrənmişəm. Onun əllərindən öpürəm. O çox qoçaq, mehriban, gözəl xanımdır. Çox şeyi ondan öyrənmişəm. Əlbəttə ki, onun kimi gözəl qayınana ola bilərəm, olacağam da. Tairə xanımı çox istəyirəm. Onunla çox yaxşı münasibətim var". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "7 tamam" axşam şousunda deyib. 

Sənətçi ikinci qayınanası ilə danışmadığını etiraf edib: 

"İkinci qayınanamla (oğlu Əlinin atası Həcinin anası - red.) münasibətlərim belə də... Nə yaxşıdır, nə də ki pis... Açıq demək lazımdır. Çox da danışırıq deyə bilmərəm. Danışmırıq...". 
Qeyd edək ki, Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. İlk qurduğu evlilikdən onun Günel adlı qızı, ikinci qurduğu nikahdan isə Əli adında bir oğlu var. Şəbnəm bir müddət əvvəl qızı Güneli nişanlandırıb. Lakin toylarının nə zaman olacağı ilə bağlı konkret zaman açıqlamayıb. 


Etiketlər:  Şəbnəm Tovuzlu İkinci qayınanamla danışmıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ