Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2023 17:36
İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası özünü doğrultmur. BMT-nin ikili standartlarının olması bu münaqişəni daha da alovlandırır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, politoloq Rufiz Hafizoğlu bildirib ki, İsrailin Qəzzada keçirdiyi əməliyyat fonunda BMT TŞ-nin tamamilə faydasızlığı nümayiş olunur. Bu cür faydasızlığı açıq-aşkar hiss edənlərdən biri də məhz Azərbaycandır. Çünki I Qarabağ Müharibəsi dövründən Vətən müharibəsinədək BMT-nin 4 qətnaməsi havada qalıb.
I Qarabağ müharibəsi dövründə Ermənistandan, eləcə də Qarabağın özündən insanlar ermənilər tərəfindən Azərbaycana məcburi şəkildə qovularkən, hər cür zorakılığa məruz qalarkən beynəlxalq təşkilatlardan reaksiya gəlmədi. Qarabağda heç bir insanlıq dramı yaşanmadığı, ermənilər təhlükəsiz şəraitdə, öz istəkləri ilə köçüb getdiyi halda bəzi ölkələr, təşkilatlar yalandan səs-küy salmışdılar ki, guya humanitar fəlakət yaşanır. Qəzzadakı indiki vəziyyətlə bağlı isə susurlar.
Rufiz Hafizoğlu qeyd edib ki, qərbin ənənəvi səlibçilik təfəkkürü müsəlmanların Yaxın Şərqdə qırğınına şərait yaradır. ABŞ hərbi donanmasının guya təhlükəsizliyi təmin etdiyi ərazidə qırğın törədilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: