Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" "Bayer"lə oyun ərəfəsində xal itirdi

Tarix: 20 Oktyabr 2023 20:58

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura star verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb.

"Köhlən atlar"ın heyətində Olavio Juninyo 7-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərində 46-cı dəqiqədə Otto Con fərqlənib. 89-cu dəqiqədə Leandro Andrade komandasını yenidən hesabda önə keçirsə də, 90+4-cü dəqiqədə Ayxan Quseynov növbəti dəfə tarazlığı bərpa edib

Bu nəticədən sonra "Qarabağ" xallarının sayını 20-yə, "Turan Tovuz" isə 12-yə çatdırıb.

Qeyd edək ki, günün digər matçında "Neftçi" "Səbail"in qonağı olacaq. "Kəpəz" - "Zirə", "Sabah" - "Sumqayıt" oyunları oktyabrın 21-də, "Qəbələ"- "Araz-Naxçıvan" görüşü isə 22-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Qarabağ Bayerlə oyun ərəfəsində xal itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ