Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sülhməramlılar Qarabağda niyə təkrar 10 post yaratdı - Polkovnik SƏBƏBLƏRİNİ AÇIQLADI

Sülhməramlılar Qarabağda niyə təkrar 10 post yaratdı - Polkovnik SƏBƏBLƏRİNİ AÇIQLADI

Tarix: 20 Oktyabr 2023 23:21

Son 48 saat ərzində Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıblar. Həmin postlardan beşi Azərbaycan tərəfi ilə birgə qurulub. Qeyd edək ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Yeni postların qurulmasının səbəbi nədir? Hazırda Qarabağ bölgəsində sülhməramlıların nəzarətinə ehtiyac var?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Hava Hücumundan Müdafiə sahəsi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifov Referans.az-a açıqlamasında bildirib:

"Əvvəlcə qeyd etmək istiyirəm ki, Rusiya sülhməramlılarının Qarabağda qalıb-qalmaması siyasi məsələ olaraq Ali Baş Komandandan asılıdır. Prezidentimizin də dediyi kimi o, nəyi necə etmək lazımdır özü daha yaxşı bilir. Hansıki orada erməni silahlı birləşmələrinin topları, tankları, təchizatları, hava üzrə müdafiə vasitələri var idi. Lakin biz 44 günlük müharibədən sonra gözlədik, amma müqavilənin şərtləri yerinə yetirilmədi. Sistematik olaraq müqavilənin bəndləri kobud sürətdə pozuldu. Hətta bir neçə dəfə ermənilərə sülhməramlıların köməyi ilə silah daşıyırlar. Bunların hər biri sülhməramlıların şərait yaratdığı problemlər idi. Prezidentin təşəbbüsü ilə apardığı siyasət nəticəsində bir günlük məhdud antiterror əməliyyatı bütün erməni blokları ağ bayraq qaldırdı və təslim oldu. Hətta sosial şəbəkələrə nəzər saldıqda görə bilərik ki, Rusiya sülhməramlıları belə Xocalı aeroportuna yığışmışdı. Ona görə ki, onlar bizim silahlı qüvvələrin gücünü, Ali Baş Komandanımızın siyasətini, dövlətin siyasətini artıq bələddirlər".

Polkovnik qeyd edib ki, müşahidə məntəqələrinin ləğv olunması, həmçinin Azərbaycanın köməyi ilə yeni postların açılması Ali Baş Komandanın tam nəzarəti altındadır.

"Sülhməramlıların bir il müddəti var. Bu bir il ərzində bizim onları qıcıqlandırmaq fikrimiz də yoxdur. Bir ildə ruslar və ukraynalılar arasında kim qalib gələcək, kim zəifləyəcək bunları bilmək olmaz. Ali Baş Komandan dünya çapında olan bu gedişatları diqqətlə izləyir və müqavilənin axırına qədər ruslarla birlikdə və onlara tam nəzarət etmək şərti ilə bu postlar yaranır. Əslində, rusların burada olması bizə lazım deyil. Prezident də dəfələrlə qeyd edib ki, Azərbaycan ərazisində heç bir dövlətin əlavə qüvvəsi olmayacaq. Azərbaycan müstəqil dövlətdir və ərazi bütövlüyünü təmin edib, qorumağa qadirdir. Düşünürəm ki, müddət bitənə qədər rusları qıcıqlandırmaq lazım deyil".

Ekspert son olaraq bildirib ki, Qarabağ bölgəsində Azərbaycan dövlət qurumlarının, güc strukturlarının fəaliyyət göstərməsi və gələcəkdə baş verən proseslər sülhəramlılara orada ehtiyac olmadığını onlara sübut edəcək.

Milli.Az


Etiketlər:  Sülhməramlılar Qarabağda niyə təkrar 10 post yaratdı Polkovnik SƏBƏBLƏRİNİ AÇIQLADI


RƏYLƏR