Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentinalı dünya çempionu futboldan uzaqlaşdırılıb

Argentinalı dünya çempionu futboldan uzaqlaşdırılıb

Tarix: 21 Oktyabr 2023 10:00

İtaliyanın "Montsa" klubunun və Argentina millisinin futbolçusu Papu Qomes iki il müddətinə futboldan uzaqlaşdırılıb.

Milli.Az "report"a istinadən bildirir ki,  35 yaşlı vinger dopinq qəbul etdiyi üçün cəzalandırılıb.

Qadağan olunmuş maddə 2022-ci ilin noyabrında, Qətərdəki dünya çempionatının başlamasına bir neçə gün qalmış qəbul olunub. O, həmin vaxt İspaniyanın "Sevilya" klubunda çıxış edib.

Qomes testdən bir neçə gün əvvəl özünü pis hiss etdiyini bildirib və uşaqlarından birinin öskürəyə qarşı sirop içib.

Qeyd edək ki, Papu Qomes 2022-ci ildə Argentina ilə dünya çempionu olub. O, cari mövsüm "Montsa"nın heyətində iki oyun keçirib.

Milli.Az


Etiketlər:  Argentinalı dünya çempionu futboldan uzaqlaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ