Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2023 18:38
Üç gün əvvəl Türkiyənin İzmir şəhərinin Bayındır rayonunda yaşayan 4,2 bal gücündə zəlzələdən sonra dünən saat 23.53 radələrində Buca bölgəsində də 3,9 bal gücündə yerlatı təkanlar meydana gəlib. Zəlzələnin dərinliyi 9.23 km təşkil edib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, seysmoloq və professor Naci Görür baş verənlər barədə danışıb.
O İzmirdən sonra zəlzələnin baş verəcəyi bölgənin adını da açıqlayıb:
"Zafer-Buca/İzmirdə 4,0 böyüklüyündə zələzlə oldu. Eyni yerdə eyni bal gücündə zəlzələ bu ilin oktyabrında da baş vermişdi. Zəlzələ İzmir və Dağkızılca qırılma xətləri arasındadır. Bu xətlər Gediz-Grabeninin cənub sərhədindəki qırılma xətləri sisteminin komponentləridir".