Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ədviyyatların istifadə müddəti nə qədərdir?

Ədviyyatların istifadə müddəti nə qədərdir?

Tarix: 21 Oktyabr 2023 18:48

Son istifadə tarixi qida təhlükəsizliyi baxımından mühüm prosedurdur. Əgər məhsulun yararlılıq müddəti keçibsə, istehlak edilməməlidir. Qablaşdırılmış ədviyyatların üzərində adətən son istifadə tarixi olur. Ancaq ədviyyatı alırsınızsa, heç bir son istifadə tarixini görmürük. Belə hallarda ədviyyatların saxlama müddətini bilmək lazımdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, hər bir ədviyyatın saxlama müddəti bitkidən asılı olaraq dəyişir. Ədviyyatın emal üsulu, qablaşdırılması və saxlanma şəraiti saxlama müddətinə təsir edən amillərdəndir. Orta hesabla, qurudulmuş ədviyyatların və otların əksəriyyətinin ömrü üç ildir.

Ancaq bəzi ədviyyatların saxlama müddəti daha qısadır. Ədviyyatların təzə olub-olmadığını müəyyən etmək üçün nəzərə alınmalı bir neçə üsul var. Bunlara rəng dəyişikliyi, qoxunun yoxa çıxması, kif və infestasiya əlamətləri daxildir. Bu əlamətlərdən hər hansı biri görünsə, o ədviyyatı atmalısınız.

Ədviyyatların istifadə müddətini uzatmaq üçün onları hermetik şəkildə sərin, qaranlıq və quru yerdə saxlamalısınız. Çöldə birbaşa günəş işığı altında saxlasanız, ədviyyat istiliyi özünə çəkib bir müddət sonra nəmləndiyi üçün tez xarab olur.

Milli.Az


Etiketlər:  Ədviyyatların istifadə müddəti qədərdir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ