Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məmurların başına iş gəldi

Məmurların başına iş gəldi

Tarix: 22 Oktyabr 2023 08:30

Bir neçə yüz nəfər parlamentari və Avropa Parlamentinin əməkdaşı təsadüfən Strasburqun əvəzinə "Disneylend"ə gedib çıxıblar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Avropa Parlamenti eyni vaxtda iki şəhərdə yerləşdiyi üçün Brüssel və Strasburq arasında rəsmi şəxslər və parlamentarilər üçün xüsusi çarter qatarı müntəzəm olaraq hərəkət edir. O, təxminən ayda bir dəfə yola düşür. Lakin bazar ertəsi, oktyabrın 16-da Brüsseldən yola düşən reys plana uyğun getməyib. Strasburq əvəzinə sərnişinlər "Disneylend"ə gedib çıxıblar.

Daha sonra Fransanın "SNCF" dəmir yolu şirkətinin nümayəndələrinin bildirdiyinə görə, Paris yaxınlığındakı keçidlərdən birində nasazlıq baş verib və qatar yanlış yola çıxıb. Qatar "Disneylend" stansiyasında təxminən 45 dəqiqə dayanıb və sonra yenə də təyinat yerinə yola düşüb.


Etiketlər:  Məmurların başına gəldi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ