Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2023 11:00
İsrail qoşunları Suriyanın Hələb və Dəməşq beynəlxalq hava limanlarına aviazərbələr endirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, aviazərbələr nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb. Bundan başqa, hər iki hava limanında uçuş-enmə zolaqlarına da maddi ziyan dəydiyi, onların yararsız hala düşdüyü bildirilir.