Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən qonaqpərvər ölkələri – SİYAHI

Dünyanın ən qonaqpərvər ölkələri – SİYAHI

Tarix: 22 Oktyabr 2023 19:46

"Condé Nast Traveler" səyahət nəşri Avropanın ən qonaqpərvər ölkələrinin siyahısını açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, siyahı əsasən dünyanın bir çox ölkələrinə getmiş turistlərin rəylərinə əsasən tərtib edilib.

Həmçinin, reytinq tərtib edilərkən ölkələrdə yerli sakinlərin əcnəbi qonaqlara qarşı nə dərəcədə açıq olması, onların əcnəbilərin ölkədə qalmalarına nə dərəcədə köməklik göstərməyə hazır olduqları, habelə onlarla ünsiyyətdən hansı səviyyədə məmnun olduqları nəzərə alınıb.

Belə ki, 100 baldan 94,5 bal toplayan İrlandiya dünyanın ən qonaqpərvər ölkəsi seçilib. İlk beşliyi Sloveniya, Rumıniya, Şotlandiya və İslandiya kimi ölkələr tamamlayır.

Ümumi siyahını təqdim edirik:

1. İrlandiya.

2. Sloveniya.

3. Rumıniya.

4. Şotlandiya.

5. İslandiya.

6. Norveç.

7. Portuqaliya.

8. Danimarka.

9. Malta.

10. Xorvatiya.


Etiketlər:  Dünyanın qonaqpərvər ölkələri SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ